Haqqımızda Reklam
12 
Iyn
2019
18:55
3
0
439

ABŞ Dövlət Departamenti Gürcüstan barəsində deklarasiya yayımladı...

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin veb-səhifəsində ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illiyinə həsr olunan birgə deklarasiya yayımlanıb. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, sənəddə iyunun 11-də ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illik yubileyi qeyd olunur və həmin gün ABŞ və Gürcüstan yenə bir daha, iki ölkə arasındaki strateji partnyorluğu və dostluğun əsas prinsiplərini təsdiqlədikləri bildirilir. „2009-cu ildən etibarən, ABŞ-la Gürcüstan, Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün birlikdə çalışırlar. Əsgərlərimiz birlikdə İraqda və Əfqanistanda mübarizə aparırdılar. ABŞ Gürcüstanı dəstəkləməyə davam edir və həyata keçirdiyi islahatları alqışlayır” – deyə sənəddə qeyd olunub. Dövlət Departamentinin veb-səhifəsində yayılan deklarasiyada Rusiyanın Gürcüstana qarşı aqressiyası və Gürcüstanın özünü müdafiyə etməsi üçün NATO-ya inteqrasiyasının zərurəti haqqında da söz açılıb. Sənəddə xüsusi ilə vurğulanır ki, ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989