Haqqımızda Reklam
12 
Iyn
2019
18:46
1
6
1298

Qardabani rayonunda ər-arvadın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı saxlanılan yoxdur

Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində 5 gün öncə azərbaycanlı ər-arvad - İskəndər Musayev və Şəfiqə Musayevanın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı hələ saxlanılan şəxs yoxdur. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” televiziya kanalının hazırladığı reportajda bildirilib. Qətlin istintaqı bir neçə versiya üzrə aparılır. Qətlin sifarişli olduğu da istisna edilmir. Digər versiyaya əsasən, qətlə yetirilənlərin oğlunun “oğru dünyası” ilə əlaqələri olub. Musayevlərin oğlu Edik Musayev Rusiyadan Gürcüstana qayıdıb. O, heç bir düşməninin olmadığını deyib. E.Musayev cinayət əməlinin “oğru dünyası” ilə əlaqəli olması iddialarını da rədd edib. O bildirib ki, cinayəti törədənlərin evin divarında “Edik, tez gəl, səninlə hesablaşaq!” sözləri izi itirmək məqsədi daşıyıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989