Haqqımızda Reklam
12 
Iyn
2019
11:14
6
1
598

Misirdə Nəsiminin Azərbaycan dilində qəzəl, şeir və Əhli-Beytindən bəhs edən əlyazmaları tapıldı

Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmaları ortaya çıxarılıb. 24News.ge xarici KİV-lərə istinadən adən xəbər verir ki, əlyazmalar “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun apardığı tədqiqatlar əsasında aşkarlanıb. Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib. Azərbaycan dilində olan əlyazmanın üzərində “Nəsimi Külliyyatı” yazılıb. Bu külliyyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubundadır. Arasında qəzəl də var. Nəsrlər isə, əsasən, öyüd-nəsihət və Peyğəmbərin Əhli-Beytindən bəhs edir. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunub. Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989