Haqqımızda Reklam
12 
Iyn
2019
10:58
4
0
411

Ölkəmizin turizmdən builki gəliri 1 mlrd. dolları ötüb

Bu ilin yanvar-may aylarında ölkənin beynəlxalq turizmdən gəliri 1,1 mlrd. dollar təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 101 mln. dollar və ya 9,8% artıb. Yalnız may ayında Gürcüstan turizmdən 281 mln. dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni göstəricisindən 35 mln. dollar və ya 14,2% çoxdur. Qeyd edək ki, bu ilin il beş ayında ölkəmizə 2 988 478 əcnəbi səfər edib. Turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989