Haqqımızda Reklam
26 
Yan
2021
18:50
10
15
4991

Marneulidə erməni yük maşınlarına hücum barədə yayılan məlumatlara aydınlıq gətirildi

Ermənistana məxsus media qurumlar, Marneuli rayonu ərazisində və Tbilisinin Poniçala yaşayış məntəqəsi ərazisində Ermənistana gedən yük maşınları etnik azərbaycanlıların hücumuna məruz qalması barədə saxta xəbərlər yayımlayıb. 24News.ge xəbər verir ki, bu barədə (DRİ) Demokratiya Araşdırma İnstitutu açıqlama yayıb. Sözügedən araşdırma İnstitutunun açıqlamasında qeyd olunub ki, erməni mediyası tərəfindən bu barədə yayılan məlumatlar dezinformasiyadır: "25 Yanvar tarixində erməni dilində olan news.am və yerevan.today xəbər portalı azərbaycanlıların 30-a yaxın ermənistan dövlət nörmə nişanlı yük maşınlarına hücum olması ilə bağlı məlumat yayıblar. Sözügedən məqalə isə sürücülərdən birinin açıqlamasına əsasən qeyd olunub. Yerevan.today-ın məqaləsinə müsahibə verən şəxs qeyd edib: 'Gürcüstan ərazisindən yük daşınması bizim üçün çox təhlükəli hala gəlib, onsuz da azərbaycanlıların əlində ölüm görürük'. Eyni məlumatları erməni onlayn mediası news.am da yayıb. Məqaləyə "yerevan.today" tərəfindən yayımlanan və hücumu göstərən video da əlavə olunub. Əslində isə, erməni KİV-lərində erməni yük maşınlarına hücum barədə yayılan məlumatlar dezinformasiyadır və dəqiqləşdirilməmiş faktlara əsaslanır. Ermənistan Respublikasının Gürcüstandakı səfirliyi də hadisəyə dərhal cavab verib. Rəsmi açıqlamada, erməni yük maşınlarına hücumun Kvemo Poniçalada baş verdiyi və təcavüzkarların cinayət yerindən qaçdıqları bildirilib. Yük maşınları patrul polisinin müşayiəti ilə Gürcüstan-Ermənistan sərhədini keçdikləri qeyd olunub. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi başladıb və araşdırma aparılır. Nəticə olaraq hadisənin Marneulidə xüsusəndə azərbaycanlılar tərəfindən törədildiyinə dair məlumatlar dezinformasiyadır və hadisəni törədənlər barədə indiyə qədər dəqiq məlumat verilməyib. Ermənistan Respublikası səfirliyinin rəsmi bəyanatı və erməni yük maşınlarına hücum faktları erməni onlayn media platforması Alik Media tərəfindən yayımlanıb", - deyə açıqlamada bildirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989