Haqqımızda Reklam
26 
Yan
2021
17:42
13
4
537

Gürcüstan və Türkiyə regional təhlükəsizliyi müzakirə edib

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Kaxaber Kemoklidze Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanla tanışlıq görüşü keçirib. 24News.ge xəbər verir ki, görüşdə xanım səfirə şura və aparatın fəaliyyəti, həyata keçirilən strateji layihələr barədə məlumat təqdim olunub. Görüşdə tərəflər bölgədə təhlükəsizlik mühiti və mövcud çağırışları müzakirə ediblər. Söhbət zamanı Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə ilə əməkdaşlığın və iki ölkə arasında dostluq münasibətlərinin önəmi vurğulanıb. Tərəflər Türkiyə səfirliyi və Milli Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlığın dərinləşdirilməsi perskepktivlərini də nəzərdən keçiriblər.

www.24news.ge

Novruz
Mehdi

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989