Haqqımızda Reklam
26 
Yan
2021
15:18
16
2
1127

Nazirdən açıqlama: "Etibarlı olmayan peyvənd ölkəyə gətirilməyəcək"

“Biz Ümumdünya Səhiyyə Təşkilatına və onun təsdiq etdiyi etibarlı peyvəndə güvənirik və bu səbəbdən ölkəyə yüksək etibar statusuna sahib olmayacaq bir peyvənd daxil olmayacaq”. 24News.ge xəbər verir ki, bu sözləri Səhiyyə Naziri Ekaterine Tikaradze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifingdə deyib. Onun sözlərinə görə, hökumət peyvəndlə əlaqədar verilən qərarlarda yüksək məsuliyyət daşıyır: "Biz Ümumdünya Səhiyyə Təşkilatına və onun təsdiq etdiyi etibarlı peyvəndə güvənirik və bu səbəbdən ölkəyə yüksək etibar statusuna sahib olmayacaq bir peyvənd daxil olmayacaq. Buna görə də hökumətin bu qərar üçün nə qədər yüksək məsuliyyət daşıdığını vətəndaşlarımız bilməlidir”. O həmçinin, peyvəndin fevral ayında Gürcüstana gətirilməsinin planlaşdırıldığını bildirib: “Peyvəndin ölkəmizə fevral ayının sonunda gələcəyini gözləyirik. Danışıqlarımız davam edir. Artıq bütün klinikalara və tibb müəssisələrinə peyvənd prosesinin düzgün planlaşdırılması üçün tibb müəssisəsində çalışan bütün işçilərin ətraflı siyahısının tərtib edilməsi üçün bir tələb göndərmişik. "Pfizer" peyvəndinən başqa "Astrazeneka" peyvəndindən də yarım milyon dozanın gətirilməsini gözləyirik. Bununla bağlı artıq bütün lazımi sənədləri göndərmişik və birinci rübdə Astrazeneka da gətiriləcək”, - deyə Tikaradze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989