Haqqımızda Reklam
26 
Yan
2021
13:18
14
3
1038

​​​​​​​Azərbaycanın Gürcüstandakı səfiri ölkənin daxili işlər naziri ilə görüşüb (FOTO)

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Tanışlıq xarakteri daşıyan görüşdə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib. Tərəflər regional təhlükəsizlik, iki ölkənin hüquq mühafizə orqanları arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, həmçinin gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989