Haqqımızda Reklam
26 
Yan
2021
13:05
17
6
4702

Baş nazir bütün məhdudiyyətlərin götürülməsi şərtini açıqladı...

“Ölkədəki və ya bir bölgədəki yoluxma nisbəti 4% -dən aşağı düşərsə, onda məhdudiyyətlərin aradan qaldırılmasını sürətləndirə bilərik”. 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria, Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı deyib. Onun sözlərinə görə, əgər önümüzdəki həftə Tbilisidə yoluxma halı 4% -dən aşağı düşərsə, bu zaman ictimai nəqliyyat və iqtisadiyyat daha tez açıla bilər: “Məsələn, önümüzdəki həftə Tbilisidə yoluxma halı 4% -dən aşağı düşərsə, bu zaman ictimai nəqliyyatın və iqtisadiyyatın daha tez açılması barədə danışa bilərik. Yəni bir səbəb və nəticə son dərəcə vacibdir və hamısı ardıcıl, balanslı və addım-addım olmalıdır, son məqsədimiz isə tarazlıq sayəsində iqtisadiyyatın sürətlə bərpasıdır”, - deyə Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989