Haqqımızda Reklam
26 
Yan
2021
13:09
18
4
2353

Müxalifət mesaj verdi: "Yaxında inqilab başlayır"

"Hakim Gürcü Arzusu Partiyası ilə müxalifət arasında danışıqlar üçün bütün resurslar artıq tükənib". 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" Partiyasının rəsmi nümayəndəsi Xatiya Dekanoidze deyib. Onun sözlərinə görə, "Vahid Milli Hərəkat" Partiyası parlamentə daxil olmayacaq və bu qərarına sadiq qalacaq. O, yazda ölkədə siyasi temperaturun qalxacağını bildirib: Dekanoidze "Vahid Milli Hərəkat" Partiyasının bütün formalarda dinc inqilaba hazırlaşdığını deyib. Qeyd edək ki, ölkədə parlament seçkisi oktyabrda baş tutsa da, müxalifət indiyə qədər seçkinin nəticələrini qəbul etmir və parlamentə girməkdən imtina edib. Tərəflər arasında ABŞ və AB səfirləri vasitəçilik etsə də, hələlik razılıq əldə etmək mümkün olmayıb. Bu gün həmçinin ölkə parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin ləğvini müzakirəyə çıxaracaq. Bu siyahıdakı deputatlardan 36-sı Vahid Milli Hərəkat Partiyasının deputatlarıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989