Haqqımızda Reklam
25 
Yan
2021
20:34
12
13
3901

İri ticarət mərkəzlərinin, müəssisələrin, restoran və kafelərin açılması məsələsi müzakirə edildi

İri ticarət mərkəzlərinin, müəssisələrin, restoran və kafelərin tədricən açılması məsələsi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində müzakirə edilib. 24News.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata əsasən, nazir müavini İrakli Nadareişvilinin rəhbərliyi ilə restoran, otel, dağ kurortları, distribyutor və ticarət birliklərinin rəhbərləri ilə görüş keçirilib. Agentliyin məlumatına görə, iclasda hökumətin və idarələrarası şuranın məhdudiyyətlərin 1 fevral tarixindən azaldılması barədə qərarı müsbət qiymətləndirilib. Eyni zamanda, biznes nümayəndələri prosesin davam edəcəyinə ümid etdiklərini bildiriblər. Nazir müavini İrakli Nadareişvili bildirib ki, sözügedən sahələrin fəaliyyətlərinin əvəlki vəziyyətinə qaytarılması üçün 1 fevral tarixində götürülən məhdudiyyətlərə nəzər yetirilib tədricən qərarlar veriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989