Haqqımızda Reklam
11 
Iyn
2019
12:51
9
0
878

Qabalda yeniyetmə qızı zorlayan 40 yaşlı kişi həbs olunub

Kaxeti bölgəsinin Laqodexi rayonunun Qabal kəndində 16 yaşlı azərbaycanlı qızı zorlayan 40 yaşlı kişi iki ay müddətinə həbs olunub. 24News.ge xəbər verir ki, bu barədə Qurcaani Rayon Məhkəməsi qərar qəbul edib. Qapalı keçirilən məhkəmə iclasında 40 yaşlı kişi özünü günahkar hesab etməyib. Yeniyetmə qız Sosial Xidmət Agentliyinin psixoloqlarının nəzarəti altındadır. Qız və onun ailəsi dünyaya gələn uşağı xəstəxanadan götürməkdən imtina ediblər. Körpə Laqodexi rayonundakı klinikalardan birində saxlanılır. Qeyd edək ki, 40 yaşlı kişi ötən gün saxlanılıb. Aparılan ekspertiza nəticəsində onun doğulan uşağın atası olması sübut olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989