Haqqımızda Reklam
18 
Yan
2021
14:40
5
40
1588

Ermənilərin keçirəcəyi konsertdə 15 il əvvəl ölən müğənninin ifa edəcəyi qeyd olunub- ARAŞDIRMA

Ermənilərin Tbilisidə "Artsax"a dəstək adı altında keçirəcəyi konsertdə ifa edəcək müğənnilərin siyahısında “Mepe” təxəllüslü İrakli Çarkvianinin adı göstərilib, lakin müğənni 2006-cı ilin fevralında vəfat edib. 24News.ge xəbər verir ki, sözügedən siyahıda olan bəzi gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsız olduqlarını da bildiriblər. Belə ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva siyahıya daxil edilən müğənnilər - Salome Korkotaşvili və Sopo Batilaşvili ilə əlaqə saxlayıb. Müğənnilər konsertdən xəbərsiz olduqlarını bildiriblər və onların konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatları təkzib ediblər. Daha sonra S.Korkotaşvilinin “Facebook” səhifəsində onun konsertə qatılmayacağı barədə məlumat yerləşdirilib. Bu məlumatdan sonra müğənninin adı konsertin afişasından çıxarılıb. Digər müğənni S.Batilaşvilinin də adı yenilənən siyahıda yer almayıb. Bundan başqa, konsert bu ilin yanvarın 20-nə təyin olunsa da, afişada 2020-ci il qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989