Haqqımızda Reklam
18 
Yan
2021
09:36
51
6
1334

Marneulidə Peyğəmbərin əziz qızının anım mərasimi keçirilib (FOTO)

Marneulidə İmam Əli (ə) adına olan məsciddə, Peyğəmbərin (s) əziz qızı xanım Fatimeyi Zəhranın (s.ə) anım mərasimi keçirilib. 24News.ge xəbər verir ki, mərasim məscidə şam namazından sonra baş tutub. Mərasimdən öncə camat namazı qılınıb daha sonra isə din xadimləri, Əyyami fatimə günləri və xanım Fatimənin (s.ə) həyatından o xanımın iffət və fəzilətindən söhbət açıblar. Mərasimdə Al-Mustafa Beynəlxalq Univerisitetinin Gürcüstana yeni təyin olunmuş nümayəndəsi Həsən Yusifzadə və Soğanlıq məscidinin axundu Hacı Rahid Kərimov çıxışlar ediblər. Mərasim sonda dua və ehsan süfrəsi ilə yekunlaşıb. Qeyd edək ki, sözügedən əza mərasimi, İmam Əli (ə) adına olan Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989