Haqqımızda Reklam
18 
Yan
2021
09:20
8
63
2915

20 yanvar günü ermənilər Tbilisidə konsert keçirəcək

ABŞ-da təsis olunmuş və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Çoxşaxəli Diplomatiya İnstitutunun (მრავალარხიანი დიპლომატიის ინსტიტუტი) Gürcüstandakı filialı Facebook səhifəsində “Artsax beynəlxalq həmrəyliyi” adlı tədbirin keçirilməsi barədə elan dərc edib. 24News.ge xəbər verir ki, sözügedən konsert proqramı "Artsax"a dəstək məqsədi ilə keçirilir. Online xeyriyyə konserti qismində bəyan edilmiş bu tədbir, bütün dünya azərbaycanlarının qanlı və hüzünlü günü hesab olunan 20 yanvar gününə salınıb. Konsert proqramında xarici müğənnilərlə yanaşı gürcü müğənilərində iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, İMTD adlı təşkilat özününün misiyasının dünyada sülhpərvər və xalqlar arasında barışıq yaratmaq olduğunu bildirir, lakin yuxarıda qeyd olunan bu kimi addımlar bunun əksini göstərir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989