Haqqımızda Reklam
18 
Yan
2021
09:08
17
6
1887

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edəcək. 24News.ge xəbər verir ki, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib. Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir. Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989