Haqqımızda Reklam
13 
Yan
2021
19:55
33
8
5381

Ərdoğandan Gürcüstanla bağlı açıqlama: "Türkiyə Gürcüstanla..."

“Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək”. 24News.ge xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Giorgi Qaxariyanı baş nazir vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edən zaman deyib. R.T.Ərdoğan təbrik məktubunda Türkiyə və Gürcüstan arasında mövcud strateji əməkdaşlığın və dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edib: “Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin müdrik rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”. Türkiyə lideri Gürcüstanın hökumət başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq arzulayıb: “Qoy Yeni il ölkələrimiz və bölgəmizə sülh və xeyirxahlıq gətirsin”, - deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989