Haqqımızda Reklam
13 
Yan
2021
19:32
15
25
3930

Quriya bölgəsində yenidən müsəlmanlar və xristianlar arasında gərginlik yaşandı (VİDEO)

Çoxatauri bələdiyyəsinin Buknar kəndində xristian və müsəlmanlar arasında vəziyyət daha da gərginləşdiyinə görə, kəndə çox sayda polis səfərbər olunub. 24News.ge xəbər verir ki, kənd mərkəzində hər iki tərəf aksiya keçirib. Kəndin mərkəzində ilk olaraq xristiyanlar məscidin tikilməməsi tələbi ilə toplaşmağa başlayıblar. Kəndin digər bir tərəfində toplaşan müsəlmanlar isə rəsmi şəxslərin onlarla görüşünü tələb ediblər, bundan sonra oraya şəhər meri və bölgə qubernatoru gəlib. Müsəlmanlar seçki ərəfəsində hakim partiyaya səs verərlərsə onlara məscidin tikilməsinə icazə veriləcəyi vədi verildiyini, lakin indi bu vədin yerinə yetirilmədiyini deyiblər, qubernator isə onlar tərəfindən belə bir vəd verilmədiyini, bu vədin qeyri-rəsmi şəxslər tərəfindən verilə bilmə ehtimalı olduğunu bildirib. Müsəlmanar və rəsmi şəxslər arasında danışıqlar nəticəsiz qaldığından müsəlmanlar kəndin mərkəzinə, xristiyanların toplaşdıqları tərəfə hərəkət etmə qərarına gəliblər. Bundan sonra kəndə çoxlu sayda polis səfərbər olunub. Hal hazırda kəndin mərkəzində hər iki tərəf aksiya keçirir, polis isə onların bir-birinə yaxın getməmələri üçün mərkəzdə canlı sət düzəldib. Yayılan məlumatlara görə, olası qarşıdurma ehtimalına görə kəndə polislə birlikdə xüsusi təyinatlılar da səfərbər olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989