Haqqımızda Reklam
13 
Yan
2021
16:11
23
6
1829

Əhməd İmamquliyev Qvaramiyanın nə üçün üzr istəməli olduğuna aydınlıq gətirdi

Avropalı Gürcüstan partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev, Nika Qvaramiyanın nəyə görə üzr istəməli olduğuna şəxsi facebook səhifəsində açıqlama gətirib. 24News.ge xəbər verir ki, İmamquliyev bildirib ki, Qvaramiya istər-istəməz və ya başa düşmədən də olsa müsəlmanların dini hisslərini təhqir edib. Onun sözlərinə görə, Bidzina İvanişvili məktubunda Mixeil Saakaşvilini və Nika Qvaramiyanı zorakı, qeyri-insani və yalan məlumat yayan kimi xarakterizə edib, Qvaramiyanın şəxsi açıqlamasından isə belə çıxır ki, yuxarıdakı sözlər Allah və onun peyğəmbərinə şamil olunub: “Nika Qvaramiyanın (istər-istəməz) (bəlkə də başa düşmədən) mənim və həqiqətən səmimi xalqımın (müsəlmanların) dini hisslərini harada və necə təhqir etdiyini anlamayan dostlar, diqqət yetirin. Hiyləgər və yalançı Bidzina İvanişvili məktubunda Mişa və Nikanı zorakı, qeyri-insani, yalan məlumat yayan və s. kimi xarakterizə edib. Nika da bu məktubu oxuduğunu və orada Bidzinanın Mişanı Allah olaraq özünü isə onun peyğəmbəri olaraq təsvir olunduğunu izah edib (müqaisə edib). Belə çıxır ki, Allah zorakı və qeyri-insanidir? Onun peyğəmbəri Məhəmməd isə yalançı? Elə buna görə də Nika Qvaramiyanın üzr istəməli olduğunu düşünürəm! Çünkü səhv müqaisə edib!”,-deyə İmamquliyev bildirib. Qeyd edək ki, İmamquliyevin bu postuna, onun partiyasının liderlərindən olan Gigi Uqulava şərh yazıb və İmamquliyevin bu məsələni səhv yozduğunu bildirib: “Əhməd səhv yozursan. Tamamilə səhvdir. Buraya (Tbilisiyə) gəl və danışaq”, - deyə Uqulava şərhində bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989