Haqqımızda Reklam
13 
Yan
2021
15:58
22
3
1937

Kobuleti və Quria Müftisi xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verən kəndə gedərək açıqlama verdi

Kobuleti və Quria Müftisi Aslan Beridze, ötən gün dini zəmində fiziki qarşıdurmanın baş verdiyi Buknari kəndinə gedib. 24News.ge xəbər verir ki, Müfti, müsəlmanların ibadət etdiyi evə baş çəkərək onlarla görüşüb. O görüşdən sonra, müsəlmanların ibadətlərini dayandırmayacaqlarını və bu barədə hökumət rəsmiləri ilə görüşəcəyini bildirib: “İbadətin dayandırılmayacağına xüsusi diqqət yetirmək istəyirəm, bu qərarımızla bağlı hakimiyyət nümayəndələri ilə görüşməyi planlaşdırıram. Müsəlmanlar burada namaz qılmağa davam edəcəklər, çünkü ibadət etməklə kiməsə maneəçilik törədilmir. Burada pis bir şey baş vermir. Gəlirlər və 10-15 dəqiqəlik ibadət edirlər, kiməsə maneəçilik törətmirlər”, - deyə Beridze bildirib. Xatırladaq ki, ötən gün Çoxatauri bələdiyyəsinin Buknari kəndində xristian və müsəlmanlar arasında dini zəmində fiziki qarşıdurma baş verib. Qarşıdurmanın səbəbi, müsəlmanların bir evə toplaşaraq namaz qılmaları və xristianların buna etiraz etmələri olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989