Haqqımızda Reklam
09 
Iyn
2019
00:03
8
5
1082

Zaur Darğallı: "Marneulidə güclü küləyin törətdiyi fəsadlar elə bu gecə aradan qaldırlacaq"

Xəbər verdiyimiz kimi, gecə saatlarında əsən güclü külək Marneulidə bir sıra fəsadlar törədib. 24News.ge xəbər verir ki, əsən güclü külək şəhərin Rustaveli küçəsində "Marneuli Plaza" adlanan binanın önündə olan şam ağaclarından birni kökündən çıxararq mərkəzi yolun üzərinə yıxıb. Hadisə zamanı xəsarət alan olmasada, Ərazidən keçən elektirik və internet xətlərinə ziyan dəyib. Hadisənin baş verdiyi zaman yolu keçməkdə olan Marneuli şəhərinin yeni meri Zaur Darğallı fırtınanın törətdiyi hadisənin şahidi olub. Hadisə baş verdikdən dərhal sonra bütün aidiyyatı qurumlar əraziyə çağrılıb və sözü gedən ərazidə Fövaqladə Halların İdarə Etmə xidməti və Patrul polis əməkdaşları cəlb olunaraq hazırda mərkəzi yolun təmizlənmə işləri aparılır. 24News.ge-nin əməkdaşına müsahibə verən şəhər meri Zaur Darğallı yaranan problemlərin həll olunması üçün bütün güclərin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, küləyin törətdiyi fəsadlar mümkün qədər elə gecənən aradan qaldırlacaq"

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989