Haqqımızda Reklam
08 
Iyn
2019
13:38
4
0
782

Daşqın olub, 500 evlik kəndlə əlaqə kəsilib

Aramsız yağışlar ölkənin Xaraquli rayonunda ciddi fəsadlar törədib. 24News.ge xəbər verir ki, daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub. Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib. Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə yerinə xüsusi texnika cəlb olunub. Yaradılmış xüsusi qərargah rayona dəyən ziyanın həcmini hesablayır. Təbii fəlakət Xaraquli rayonunun Didvake kəndində də fəsadlar törədib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989