Haqqımızda Reklam
09 
Yan
2021
15:48
24
6
8275

İctimai nəqliyyata və bazarlara tətbiq olunan məhdudiyyətlərin yumşaldılacağı tarix məlum oldu

İctimai nəqliyyata və bazarlara tətbiq olunan məhdudiyyətlər 16 yanvardan etibarən yumşaldılacaq. 24News.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının 2020-ci ilin 26 noyabr tarixində verdiyi qərarda qeyd olunub. Şuranın verdiyi qərara əsasən, Tbilisi, Telavi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti və Zuqdidi şəhərlərində ictimai nəqliyyat 31 yanvaradək sadəcə həftə içi işləyəcək, həftə sonları isə ictimai nəqliyyatın fəaliyyəti qadağan ediləcək. 31 yanvardan etibarən isə məhdudiyyət tamamilə aradan qaldırılacaq. Bundan başqa, ölkə üzrə şəhərlərarası ictimai nəqliyyata tətbiq olunan mədudiyyətlər də 16 yanvardan etibarən 31 yanvaradək yumşaldılaraq, şəhərlərarası ictimai nəqliyyat sadəcə həftə içi fəaliyyətdə olacaq, 31 yanvardan sonra isə məhdudiyyətlər tamamilə aradan qaldırılacaq. Koordinasiya Şurası həmçinin, 16 yanvardan 31 yanvaradək açıq və qapalı ticarət mərkəzləri, yarmarkalar və bazarların da yalnız həftə içi işləyəcəyini, 31 yanvardan etibarən isə məhdudiyyətlərin tamamilə aradan qaldırılacağı qərarını verib. Qeyd edək ki, 16-17 yanvar tarixinin həftə sonu günləri olduğuna görə, 16 yanvardan etibarən fəaliyyətini bərpa etməli olan ictimai nəqliyyat, alış-veriş mərkəzləri və bazarlar 18 yanvardan, həftənin 1-ci günündən etibarən fəaliyyətlərini davam etdirəcəklər. Xatırladaq ki, Koordinasya Şurasının 26 noyabrda verdiyi qərarına əsasən, restoranlar, kafelər və qida obyektləri yalnız 31 yanvardan etibarən fəaliyyətlərini tam şəkildə davam etdirə biləcəklər, 31 yanvaradək isə yalnız onlayn rejimdə işləyə bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989