Haqqımızda Reklam
08 
Yan
2021
20:27
18
11
129416

200 lari yardımı almaq üçün necə qeydiyyat ola bilərik sualına cavab (VİDEO)

Gəlirlər Xidməti, 200 lari yardımın necə əldə olunacağı barədə video təlimat təqdim edib. 24News.ge xəbər verir ki, Video təlimat altı ay ərzində 200 lari təzminat almaq hüququna sahib olanlar üçün nəzərdə tutulub. Təlimatda təzminat üçün müraciətin necə doldurulacağı ilə bağlı izah edilir. (Video təlimatı aşağıda sizə təqdim edirik) Belə ki, vətəndaşlar gəlirlər xidmətinin mərkəzlərinə getmədən, elektron qaydada 200 larilik kompensasiya ilə bağlı https://eservices.rs.ge saytında qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, vətəndaşlar çalışdıqları iş yerlərindən 200 larilik kompensasiya ilə bağlı məlumatların gəlirlər xidmətinə təqdim edilib-edilməməsi barədə məlumatı bu saytda https://www.rs.ge/kompensacia yoxlaya bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989