Haqqımızda Reklam
07 
Iyn
2019
20:26
5
0
355

Nazir: "Gürcüstan Transxəzər, TANAP və TAP layihələri ilə bağlı Azərbaycanla birgə mühüm işlər həyata keçirir"

“Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanla birgə əhəmiyyətli işlər həyata keçirir”. 24News.ge xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsində dinləmələr zamanı bildirib. Nazir deyib ki, diversifikasiya və digər təbii qaz mənbələri ilə bağlı da işlər həyata keçirilir: “Söhbət Türkmənistan qazından gedir. Türkmənistan təbii qazın Avropa ölkələrinə çatdırılmasında maraqlıdır. Buna görə də biz bölgədə həyata keçirilən təbii qaz layihələrinin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atırıq”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989