Haqqımızda Reklam
07 
Iyn
2019
19:20
3
1
764

"Lilo Siti" bazarın sahibi: "Bir çox düşmənim var, ehtimalla mən kimisə narahat edirəm"

"Anbar qapalı idi və deyə bilərsinizmi buraya yanğın haran gəldi? yoxsa kimsə bir şeymi atdı? mən artıq şübhə edirəm". 24News.ge xəbər verir ki, ötən gecə Tbilisidəki alış veriş mərkəzlərindən biri olan "Lilo Mall"ın yaxınlığında yerləşən "Çin Lilo Siti" bazarında baş verən yangın ilə bağlı jurnalistlərə açıqlamasında həmin bazarın sahibi Laura Gacava deyib. O vurğulayıb ki, mənim bir çox düşmanım var, ehtimalla mən kiməsə narahatçılıq edirəm: “Yanğının haradan gəldiyi yerlərdən məlumat alıram amma həmin yerlərdə işıq və heçnə yox idi. Çinlilər mənə yanğının anbardan başladığı barədə məlumatı verdi. Anbar isə qapalı idi və heç bir işıq yox idi və deyə bilərsiz mi alov haradan başladı?! Yoxsa kimsə bir şeymi atdı? Mənim bir çox düşmənim var. Bunu kimin edə biləcəyini isə bilmirəm. Mən bunu övladlarımın fəaliyyəti ilə də əlaqələndirmirəm, amma özüm yəqin ki, kimisə narahat edirəm”. Xatırladaq ki, ötən gecə "Çin Lilo Siti" bazarında yanğın baş verib və çox sayda mağazaya ciddi ziyan dəyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989