Haqqımızda Reklam
03 
Iyn
2019
12:28
2
2
387

İnflyasiya son beş ayın ən yüksək həddinə çatıb

Bu ilin may ayında Gürcüstanda inflyasiya 4,7% təşkil edib ki, bu da cari ilin son beş ayında ən yüksək göstəricidir. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Ofisinin hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, ən çox qiymət artımı əsasən tütün məmulatları və alkoqollu içkilərdə müşahidə edilib – 21,1%. Qida məhsullarının qiymətində isə illik artımın 7,9% təşkil etdiyi bildirilib. Hesabatda qeyd olunub ki, turizm və rekreasiya zonalarının qiymətində 4,6% artım olub. Əyləncə və mədəni xidmətlərdə isə qiymət artımı 6,4% faiz qeydə alınıb. Tibbi məhsullar və avadanlıqların qiymətində 4,5%, tibbi xidmətlərdə 2,9%, xəstəxana qiymətlərində 1,9% artım qeydə alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989