Haqqımızda Reklam
04 
Dek
2020
13:50
23
2
809

Polis avtomobillərdən oğurluq edən yeniyetmələri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən iki yeniyetmə saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Məlum olub ki, yetkinlik yaşına çatmamış 2003-cü il təvəllüdlü R.X və 2004-cü il təvəllüdlü Q.M, 1 dekabr tarixində Kutaisi şəhərində vətəndaşlara məxsus dörd ədəd avtomobildən kompyuter və müxtəlif növ əşyalar oğurlayıblar. Daha sonra, polis tərəfindən saxlanılan yeniyetmələr törətdikləri əməli etiraf ediblər. Faktla bağlı cinayət məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndi əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsləri 4 ildən, 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989