Haqqımızda Reklam
04 
Dek
2020
13:26
13
22
1048

Polis tətbiq edilən məhdudiyyətləri pozmuş 1000-dən çox vətəndaşı cərimələdi

Polis son 24 saat ərzində panidemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri pozmuş 1 041 nəfər vətəndaşı cərimələyib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Cərimələnənlər arasında 111 nəfər vətəndaş administrativ qayda pozuntularına yol verib. Onlar arasında komendant saatının tələblərini pozanlar da var. Polis 930 nəfəri maska taxmadığı üçün cərimələyib. Daxili İşlər Nazirliyi əhaliyə bir daha müraciət edərək, tətbiq edilən məhdudiyyətlərə əməl etməyə çağırır. Bildirilir ki, küçədə, digər ictimai məkanlarda maska taxmaq məcburidir və bu qaydanı pozan vətəndaşlar 20 lari cərimələnəcəklər. Özünütədric, karantin qaydalarını pozan fiziki şəxsləri - 2 000, hüquqi şəxsləri isə - 10 000 lari cərimə gözləyir. Bu hal təkrarlanadığı təqdirdə isə vətəndaşın haqqında cinayət işi açılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989