Haqqımızda Reklam
04 
Dek
2020
12:45
14
11
4263

Qış ayları ərzində Gürcüstanda havalar necə keçəcək? - Açıqlama

Gürcüstan ərazisində qış mövsümü boyunca havanın temperaturu normadan 1 dərəcə yüksək olacaq. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb. Məlumatda həmçinin ölkə üzrə qışın sərt keçəcəyi günlərdə hava temperaturunun ən aşağı göstəriciləri barəsində də proqnoz dərc edilib. "Cənub-şərqi Avropa ölkələri, həmçinin Gürcüstan ekspertlərinin 2020-2021-ci il üçün hazırladıqları hava proqnozlarına əsasən, qış mövsümünün bəzi günlərində qərbi Gürcüstanda havanın temperaturunun -4; -6 dərəcə, yüksək dağlıq ərazilərdə -11, -13 dərəcəyədək, şərqi Gürcüatanın aran bölgələrində -7; -9, dağlıq ərazilərində isə havanın temperaturunun -8, -10 dərəcəyədək düşməsi proqnozlaşdırılır,"-deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989