Haqqımızda Reklam
04 
Dek
2020
12:09
12
31
2358

Gürcüstanda bu gün yoluxma sayında yenidən rekord qeydə alındı

Ölkədə bu günə olan yoluxma sayında yenidən rekord həddə artım müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 5 068 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə, 2 336 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 152 704 nəfərə çatıb. Onlardan126 904 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 38 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 425 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantində 1 241, stasionar nəzarətdə isə 6 671 nəfər saxlanılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989