Haqqımızda Reklam
03 
Dek
2020
13:45
27
26
12685

300 larilik yardımla bağlı qeydiyyat ünvanı açıqlandı...

Maliyyə Nazirliyinin Gəlir Xidməti məhdudiyyətlər səbəbindən işini itirən şəxslərin harada qeydiyyat olmaları barədə açıqlama yaydı. 24News.ge xəbər verir ki, dövlət idarəsi vergi ödəyicilərini və şirkət nümayəndələrini müəyyən olunmuş müddətdə agentliyə ünvanlı sosial yardım barədə dəqiq məlumat verməyə çağırır. Bu gündən etibarən Maliyyə Nazirliyinin Gəlir Xidməti, 28 Noyabr 2020-ci il tarixindən etibarən tətbiq olunan nöqtə məhdudiyyətlər səbəbindən fəaliyyətlərini dayandıran şəxslərin qeydiyyatına başlayır. Qeyd edək ki, yardımdan yararlanmaq istəyən vətəndaşlar hazırladığı müraciəti https://eservices.rs.ge ünvanına yükləməlidirlər. Müraciətlər 3 dekabrdan 24 dekabradək qəbul olunacaq. Xatırladaq ki, iş yerlərində qeydiyyata alınmış şəxslərin özləri elektron ərizə təqdim edə bilərlər, lakin qeydiyyatsız hər hansı bir yerdə işləyən və işini itirən şəxslərin qeydiyyatı üçün isə, onları işəgötürənlər və ya obyekt sahibləri müraciət etməlidirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989