Haqqımızda Reklam
02 
Dek
2020
13:08
24
7
6234

Xaricdən ölkəyə gələn Gürcüstan vətəndaşlarının karantin qaydaları dəyişdi

Xaricdən vətənə gələn Gürcüstan vətəndaşları son 72 saatda əldə olunan PCR test təqdim etdikləri zaman 12 gün əvəzinə 8 günlük özünütəcridə göndəriləcək. 24News.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəis müavini Berdia Sicinava açıqlama verib. Onun sözlərinə görə, özləri ilə son 72 saatın PCR testinin nəticəsini gətirməyən vətəndaşlar isə 12 günlük özünütəcridə alınacaqlar: “Sərhəddi keçməmişdən əvvəl son 72 saat ərzində aldığı PCR testin neqativ nəticəsini təsdiqləyən sənəd təqdim edən Gürcüstan vətəndaşları 8 günlük özünü təcridə göndəriləcəklər. Belə bir sənədi olmayan şəxslər isə 12 günlük karantin əvəzinə 12 günlük özünütəcrid rejiminə alınacaqlar. Test nəticəsi olan, lakin özlərini təcrid edə bilməyəcək vətəndaşlar üçün dövlət, əlbəttə ki, onlara uyğun otellərdə yaşayış təmin edəcəkdir”, - deyə Sicinava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989