Haqqımızda Reklam
27 
Nybr
2020
18:42
25
15
7720

Kaladze vətəndaşların kredit borcu və ediləcək digər yardımlar barədə geniş məlumat verdi

Tbilisi, meri Kaxa Kaladze hökumətin tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar işlərində problem yaranmış vətəndaşların kredit borclarından söz açıb. 24News.ge xəbər verir ki, Kaladze həmin vətəndaşların kredit borclarının vaxtının uzadılaması ilə əlaqədar banklarla danışıqlar aparıldığını bildirib. Bundan əlavə, Tbilisi meri digər yardım paketlərindən də söz açıb: O, bildirib ki, özünü işlə təmin edən və məhdudiyyətlər səbəbi ilə işləyə bilməyən şəxslərə birdəfəlik olaraq 300 lari yardım veriləcək. Bu yardım paketindən təqribi olaraq 200 000-dək vətəndaş istifadə edəcək. Bundan əlavə, məhdudiyyətlər səbəbindən işini itirən şəxslər (hər hansı bir işdə işlədiyinə dair sənədə sahib şəxslər) yanvar ayından etibarən 6 ay müddətində ayda 200 lari yardım alacaqlar. Kaladze həmçinin noyabr, dekabr, yanvar və fevral ayları ərzində vətəndaşların işıq və qaz kimi komunal xərclərinin 200 kilovat elektrik enerjisi və 200 kubmetr qaz olacağı təqdirdə ödənişi hökumət tərəfindən qarşılanacağını bildirib. Kaladzenin sözlərinə görə, 0-dan 100 000 baladək sosial göstəricilərə malik (aztəminatlı) ailələrdə 3 və ya daha çox 16 yaşınadək uşaqlara yanvardan etibarən 6 ay müddətində hər ay 100 lari yardım veriləcək. Bu yardımdan təqribi olaraq 24 000 ailə istifadə edəcək. Bundan əlavə, fiziki məhdudiyyəti (əlil) olan 18 yaşadək vətəndaşlar, həmçinin xüsusi fiziki qüsurlu şəxslər üçün yanvar ayından etibarən 6 ay müddətində hər ay 100 larilik yardım veriləcək. Bu yardımdan da təqribi olaraq 43 000 şəxs istifadə edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989