Haqqımızda Reklam
27 
Nybr
2020
17:14
12
17
1619

Nazirdən açıqlama: "Hökumət biznes sahəsinə 1 milyard lari yardım ayracaq"

"Hər hansı bir biznes üçün məhdudiyyətlər tətbiq etmək əlbətdə bizim üçün də arzuolunan deyil və bu qərarı qəbul etmək bizim üçün çətin oldu". 24News.ge xəbər verir ki, bu sözləri regional inkişaf və infrastruktur naziri, Maia Çkitişvili deyib. Onun sözlərinə görə, hökumət bu addımı biznes sahəsində işləyən on minlərlə vətəndaşın təhlükəsizliyini təmin etmək üçün atıb və bu müddət ərzində hökumətin müxtəlif sahələr üçün nəzərdə tutduğu yardım paketi 1 milyard, 100 milyon lari təşkil edir: "Sosial cəhətdən aztəminatlı ailələrə, həmçinin iqtisadi böhranın zərər vurduğu şəxslərə yardımlar nəzərdə tutulub. Bu yardımlar işlərini və ya gəlirlərini itirən insanları müəyyən dərəcə təmin edəcək", - deyə nazir bildirib. Nazir deyib ki, biznes sahəsi üçün nəzərdə tutulmuş iqtisadi paketlər turizm və restoran şəbəkələrinin zərərlərinin azaldılmasına yönəlib. Həmin obyektlər 2021-ci ildə əməlak vergilərindən azad ediləcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989