Haqqımızda Reklam
27 
Nybr
2020
14:58
30
12
6318

Çörəyin qiyməti bahalaşacaqmı? - Nazirdən açıqlama

"Gürcüstanda çörəyin qiymətində heç bir artım olmayacaq". 24News.ge xəbər verir ki, bu barədə ətraf mühitin müdafiəsi və kənd təsərrüfatı naziri, Levan Davitaşvili açıqlama verib. Onun sözlərinə görə, un məhsulları dövlətin subsidiyası altındadır və bu qiymət artımının qarşsını alacaq: "Biz bir kisə unun qiymətini 53 lari olaraq təyin etmişik. Söhbət 50 kiloqramlıq un kisəsindən gedir. Belə bir nəticəyə gəldik ki, nə unun nə də çörəyin qiyməti qalxmasın və dövlət bununla əlaqədar subsidiya tətbiq edəcək", - deyə nazir bildirib. Qeyd edək ki, subsidiya tətbiq etməklə, dövlət un və çörəyin qiymət artımının qarşısını almış olur. Məlumata əsasən, dövlət 50 kq-lıq un kisəsi üçün maksimum 10 lari subsidiya tətbiq edəcək ki, bu da qiymətin 53 laridən daha da artmasının qarşısını alacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989