Haqqımızda Reklam
23 
May
2019
02:21
8
1
689

Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et!

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni Prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb. 24News.ge axar.az-a istinadən xəbər verir ki, məktubu siyasətçinin vəkili Ruslan Çernolutski administrasiyaya təqdim edib. “Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, - deyə məktubda bildirilib. Saakaşvili həmçinin Ukraynada ona hər hansı vəzifə və üstünlüklərin lazım olmadığını yazıb. Keçmiş preizdent əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989