Haqqımızda Reklam
22 
May
2019
23:00
1
0
571

Danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edildi

Gürcüstanda danışılmış oyuna görə saxlanılan 11 futbolçulardan 4-ü məhkəmə qərarı ilə həbs edilib. 24News.ge xəbər verir ki, futbolçuların məhkəməsi bu gün səhər yerli vaxtla saat 10:00-da baş tutub. Peşəkar idmançıların rüşvətə cəlb edilməsi iddiası ilə keçirilən məhkəmədə hakim digər 7 oyunçunun hər birinə 10 min lari (3 min 630 dollar) məbləğində cərimə təyin edib. Qeyd edək ki, saxlanılanlardan 8-i müxtəlif klubların təmsilçisi, 3-ü isə karyerasını bitirmiş futbolçulardır. Onların danışılmış oyunlardan ümumilikdə 93,5 min lari (34 min dollar) əldə etdiyi bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989