Haqqımızda Reklam
31 
Okt
2020
20:37
63
312
9882

Seçkilərin nəticəsi elan olunmamış "Gürcü Arzusu" qələbə qazandığını açıqladı

Hakim "Gürcü Arzusu" partiyasının liderləri bu gün keçirilən parlament seçkilərində qələbə qazandıqlarını bildirirlər. 24News.ge xəbər verir ki, artıq partiyanın liderləri seçicilərini təbrik ediblər. Partiyanın sədri Bidcina İvanişvili bu gün xalqın doğru qərar verdiyini bildirib: "Rəhbəri olduğum Gürcü Arzusu partiyası çox dəyərli komandadır. Gürcü xalqı bu gün səhf düşmədi və dəyərli komandanı dəstəklədi. Gürcü Arzusunun aktivistlərinə, liderlərinə təşəkkür etmək istəyirəm. Xüsusi qeyd ediləsi məqam odur ki, Gürcü Arzusu partiya olaraq seçkilərdə üçüncü dəfə qələbə qazanır," - deyə Bidzina İvanişvili bildirib. Qeyd edək ki, hələ rəsmi olaraq səs faizləri bəlli deyil, lakin bir neçə televiziya kanallarının sifarişi ilə aparılan "exit-poll"un nəticələrinə görə, proporsional siyahı üzrə ən çox səsi "Gürcü Arzusu" partiyası toplayıb, ikinci sırada "Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət", üçdə isə "Avropalı Gürcüstan" qərarlaşıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989