Haqqımızda Reklam
31 
Okt
2020
20:02
75
17
4625

Ölkə üzrə səsvermə prosesi sona çatdı - Səslər sayılır

20:00-dan etibarən, Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə prosesi sona çatdı. 24News.ge xəbər verir ki, bu dəqiqələrdən etibarən, səslərin sayılması prosesi başlayacaq. Məlumat üçün qeyd edək ki, 150 mandat uğrunda 57 siyasi partiya və 2 seçki bloku mübarizə aparır. Seçkilərdə 3 526 023 nəfər vətəndaşın səsvermə hüququndan istifadə etmək imkanı var idi. Hələlik saat 20:00-dək olan seçici aktivliyi bəlli deyil. Saat 17:00-dək isə seçicilərin 45.77%-i səsvermə hüququndan istifadə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989