Haqqımızda Reklam
31 
Okt
2020
18:19
58
29
2846

İmamquliyev: "Səsvermə zamanı el dili ilə desək, erməni karuselinin nümayişini gördük"

"Avropalı Gürcüstan" partiyasının Marneuli-Qardabani üzrə majoritar namizədi, Əhməd İmamquliyev seçki prosesini şərh edib. 24News.ge xəbər verir ki, İmamquliyev bir çox qanun pozuntularının qeydə alındığını bildirib. "Səhər saatlarından seçki prosesi çox sayda qanun pozuntuları ilə başlayıb və belə də davam edir. Bizim önündə dayandığımız 3 saylı seçki məntəqəsində hədsiz sayda qanun pozuntusu qeydə alınıb. Biz müxalifət üzvləri, hər birimiz birləşərək bu məntəqənin bağlanılmasını tələb edirik. Burada təkrar olaraq seçkilər keçirilməlidir. Səsvermə zamanı el dili ilə desək, erməni karuselinin nümayişini gördük. Bir nəfər 3 dəfə, 5 dəfə güc tətbiq edərək səs verməyə çalışır", - deyə İmamquliyev bildirib. Onun sözlərinə görə, seçki aktivliyi aşağıdır. Ancaq, qeydə alınan qanun pozuntularına baxmayaraq, müxalifət qalib gələcək: "Seçki məntəqələrindəki aktivlik ürəyaçan deyil. Bir çox məntəqələrdə qanun pozuntularının şahidi olduq. Gürcü Arzusu nə qədər qanun pozuntusuna əl atıb, güc tətbiq etsə də mən sizin izləyicilərinizə əminliklə deyə bilərəm ki, hakimiyyət məğlub olacaq, Zaur Darğallı məğlub olacaq və xalq, millət qalib gələcək", - deyə İmamquliyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989