Haqqımızda Reklam
31 
Okt
2020
17:24
15
36
2591

Qldani rayonunda kütləvi dava baş verib...

Tbilisinin Qldani rayonunun 79-cu məntəqəsində müxalif partiya və hakim partiya tərəfdaşları arasında kütləvi dava baş verib. 24News.ge xəbər verir ki, fiziki qarşıdurma Vahid Milli Hərəkat və Gürcü Arzusu tərəfdaşları arasında baş verib. Məlumata əsasən sözügedən məntəqədə səhər saatlarından gərginlik müşahidə olunub və günorta saatlarında isə kütləvi dava baş verib. Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin müdiri Vaja Siradze hadisə ilə bağlı 5 nəfərin saxlanıldığını bildirir: “Seçki məntəqələrinin yaxınlığında Daxili İşlər Nazirliyinin nümayəndələri səfərbər olunub. Burada qarşıdurma baş verib, vəziyyəti daha dəqiq öyrənəcəyik. Bu mərhələdə Daxili İşlər Nazirliyinin nümayəndələri polisə inzibati itaətsizlik və xırda xuliqanlıq etdikləri üçün 5 nəfəri saxlayıb”, - deyə Siradze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989