Haqqımızda Reklam
31 
Okt
2020
17:08
30
5
1937

MSK saat 15:00-a olan seçici fəallığını açıqladı - Ən aşağı seçici fəallığı Kvemo Kartlidədir

Gürcüstan üzrə parlament seçkilərində seçicilərin fəallığı 36,45% təşkil edir. 24News.ge xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası açıqlama edib. Qeyd olunub ki, saat 15:00-a olan məlumata əsasən, 1 279 947 seçici səsvermə hüququndan artıq istifadə edib. Ən yüksək seçici fəallığı Raça-Leçxumi və Svaneti (49,5%), ən az fəallıq isə Kvemo Kartli (33,9%) bölgəsindədir. Səsvermə prosesi zamanı 6 insident qeydə alınıb. Daxili İşlər Nazirliyi artıq faktlar üzrə istintaqa başlayıb. İnsidentlərin ikisi azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı və Daştəpə kəndlərində baş verib. Həmin kəndlərin seçki məntəqələrində fiziki qarşıdurma yaşanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989