Haqqımızda Reklam
21 
May
2019
15:35
1
1
687

Nazir larinin ucuzlaşmasını Türkiyənin milli valyutasının faktoru ilə əlaqələndirir

“Gürcüstan larisinin kursunun dəyişməsi qonşu Türkiyənin hal-hazırki hadisələri ilə və bu ölkənin vahid valiutası lirənin dollar qarşısında dəyərini itirməsi ilə əlaqəlidir”. 24News.ge-nin verdiyi xəbərə görə, bunu Maliyyə naziri İvane Macavariani söyləyib. Onun sözlərinə görə, əgər diqqət yetirsəniz bu xarici faktorlardır və bunlardan biri də Türkiyənin faktorudur. Məhz buna görə də dollardan daha az asılılığımız, əhalimizin xarici valiyutalardan daha az asılı olması üçün 1 ildir ki, dedolarizasiyadan danışırıq. Parlamentdə də bu barədə debatlar olmuşdu. Bu, xüsusilə də kiçik və inkişaf etməkdə olan ölkələrdə, immunitetə malik olmağımız üçün bu cür dəyişiklikləri azaltmağa xidmət edir”. İ.Macavariani qeyd edib ki, larinin ucuzlaşmasına baxmayaraq qiymətlərin qalxması milli bank tərəfindən təyin edilmiş sərhədin çərçivəsində olacaq. Məlumat üçün qeyd edək ki, “Blumberq” sistemində hal hazır ki, vaxtda ABŞ dollarının dəyəri 2.7650 laridir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989