Haqqımızda Reklam
30 
Okt
2020
19:33
101
8
2465

Marneulidə müsəlmanlar Makronun İslama qarşı addımlarını pislədilər (FOTO)

Bu gün Marneulidə bir qrup müsəlmanlar Makronun Hz. Peyğəmbərə qarşı olan hörmətsizliyi ilə bağlı etiraz aksiyası keçiriblər. 24News.ge xəbər verir ki, etiraz aksiyası Marneuli İmam Əli (ə) adına məscidin önündə baş tutub. Sözügedən aksiyada İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev, Din xadimi Seyyid Mirismayıl Əsədov, Əhli-Beyt (ə) cəmiyyətinin din müəllimi Elçin Daşdanov və Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov çıxış ediblər. Aksiyada çıxış edən din xadimləri Hz. Peyğəmbərə qarşı işlədilən ifadələrə və eyni zamanda bir ölkə prezidentinin yanlış addımlarını ciddi tənqid ediblər. Onlar qeyd ediblər ki, bir toplumun dinini təhqir etmək yol verilməzdir. Aksiyada həmçinin Azərbaycanın haklı mübarizəsi dəstəklənərək Gəncədə, Bərdədə və digər rayonlarda dinc əhaliyə qarşı törədilən cinayətlər pislənib. Xatırladaq ki, bir müddət öncə Fransa prezidenti Emmanuel Makron Hz. Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Makron həmçinin “İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir” kimi fikirlər də səsləndirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989