Haqqımızda Reklam
28 
Okt
2020
16:21
105
6
1063

Əliyevdən təcili açıqlama gəldi: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

Ermənistanın atəşkəsi pozaraq Bərdə şəhərində 19 nəfərin ölümünə səbəb olan raket hücumlarına İlham Əliyev münasibət bildirib. 24News.ge xəbər verir ki, İ. Əliyev hadisəyə kəskin münasibət bildirib. O özünün rəsmi tvitter hesabında Bərdə sakinlərinin qisasının yerdə qalmayacağını deyib: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989