Haqqımızda Reklam
20 
May
2019
19:38
4
0
585

Ən yüksək maaşlı şəhər məlum oldu

Dünyada ən yüksək əməkhaqqı verən şəhər məlum olub. ABŞ-ın San-Fransisko şəhəri İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub. 24News.ge oxu.az-a istinadla məlumat verir ki, bu barədə “Bloomberg” “Deutsche Bank”ın (Alman Bank) illik reytinqinə əsasən xəbər verir. Araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta əməkhaqqı vergi daxil olmaqla 6.5 min dollar, Sürixdə 5.9 min dollardır. Siyahının üçüncüsü Nyu-Yorkda isə bu rəqəm 4.6 min dollardır. Ən yüksək maaşlı şəhərlər sırasında Boston, Çikaqo, Sidney, Oslo, Kopenhagen, Melburn və London da var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989