Haqqımızda Reklam
18 
Okt
2020
09:40
103
2
1456

Mixeil Saakaşvili Batumidə keçirilən aksiyadan danışdı...

"Vahid Milli Hərəkat və Birləşmiş Müxalifətin Batumidəki aksiyası və görüşü geniş miqyaslı və həyəcanlı oldu". 24News.ge xəbər verir ki, bu barədə eks prezident Mixeil Saakaşvili Facebook hesabında qeyd edib. O bildirib ki, görüşdə bu qədər kütlənin olacağı gözlənilməyib: “Görülmüş bir sıra səylərə baxmayaraq, sanki bir an içində toplanan kütlə səbəbindən hərşey nəzarətdən çıxdı. Müasir Gürcüstan dövlətçiliyini yaradan tərəf yenilənmiş kadırlarla geri dönür. Dünənki izdihamlı mitinq qalib gələn partiyanın ruhunu ifadə edirdi". Saakaşvili həmçinin onları koronavirus yaymaqda ittiham edən hökumət nümayəndələrinə da cavab verib: "Bir epidemiya təhlükəsini dünənki mitinqlə əlaqələndirməyə gəlincə, səlahiyyətlilərini məsuliyyətsiz yerinə yetirən və yoluxmuş insanların sayının artması öz bacarıqsız fəaliyyətləri olduğu halda bizi ittiham edirlər", - deyə M. Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989