Haqqımızda Reklam
18 
Okt
2020
09:30
29
3
815

Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makron səhvən baş nazir adlandırıb. 24News.ge xəbər verir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib. "Siz bilirsiniz ki, mən İqlim üzrə Paris razılaşmasını dəstəkləmişəm və mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb. Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. Onu bu vəzifəyə 2020-ci ilin iyulunda Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumətin rəhbərini məhz dövlət başçısı təyin edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989