Haqqımızda Reklam
18 
Okt
2020
09:13
5
34
1280

Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı pozdu

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, Ermənistan tərəfi Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub: "Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir", - deyə nazirlikdən bildirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989